AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Böyük Dəbilqə": Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır

  • + A
  • - A
  • 18-02-2024, 11:00

    "Böyük Dəbilqə": Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır


    Bu gün Azərbaycanın daha 8 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

    AzadMedia.az-ın məlumatına görə, yarışın sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

    Böyük Dəbilqə
    Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final
    Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final
    Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final
    Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final
    Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final
    Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir
    Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final
    Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final

    Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR