AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Neftçi” yeni mövsümdə ilk qələbəsini qazanıb

  • + A
  • - A
  • 12-08-2018, 10:42

    “Neftçi” yeni mövsümdə ilk qələbəsini qazanıb















    Avqustun 11-də Azərbaycan Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünə start verilib.
    Yeni mövsümün açılış matçında “Sumqayıt” klubu doğma meydanda – “Kapital Bank Arena”da “Neftçi” komandasını qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda hesabı qonaqlar açıblar. Matçın 27-ci dəqiqəsində cinah ötürməsini “Neftçi”nin heyətində Mirabdulla Abbasov başla dəqiq tamamlayıb - 0:1. Birinci hissə “Neftçi”nin minimal hesablı üstünlüyü ilə başa çatıb.

    Qarşılaşmanın 66-cı dəqiqəsində sumqayıtlıların oyunçusu Vüqar Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Azlıqda qalan Sumqayıt təmsilçisi matçın 72-ci dəqiqəsində qapısında ikinci topu görüb. Müdafiəçilərin səhvindən istifadə edən Emin Mahmudov hesab arasındakı fərqi artırıb - 0:2. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və “Neftçi” yeni mövsümə qələbə ilə başlayıb.
    Avqustun 12-də “Qəbələ” ilə “Səbail”, “Keşlə” və “Sabah” komandaları qarşılaşacaqlar. “Qarabağ”-“Zirə” qarşılaşması ağdamlıların avrokuboklarda iştirakı ilə əlaqədar sentyabrın 29-da oynanılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR