AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi OLDU

  • + A
  • - A
  • 28-04-2024, 13:00

    Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi OLDU

    Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda etimadı doğrudub.

    Qitənin ən istedadlı idmançılarından sayılan Onur Fransanın Mets şəhərində keçirilən “WTT Youth Contender” turnirində qızıl medala layiq görülüb.

    Seçmə komandamızın üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın ilk mərhələsində ardıcıl olaraq iki Fransa, Ukrayna və Monqolustan idmançılarına qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. 1/4 və 1/2 finalda fransalı rəqiblərini mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz finalda İspaniya idmançısına da qalib gələrək “WTT Youth Contender” turnirinin baş mükafatını qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR