AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UEFA Millətlər Liqası: İspaniya DÇ-2018-in finalçısı Xorvatiyanı 6:0 məğlb edib- NƏTİCƏLƏR

  • + A
  • - A
  • 12-09-2018, 09:42

    UEFA Millətlər Liqası: İspaniya DÇ-2018-in finalçısı Xorvatiyanı 6:0 məğlb edib- NƏTİCƏLƏR














    UEFA Millətlər Liqasında II tura üçüncü oyun günündə 4 liqada 7 görüşlə yekun vurulub.

    Oyunlardan 3-ü böyük hesabla başa çatıb.

    A Liqasında 2-ci qrupun görüşündə İslandiya Belçikaya 0:3 hesabı ilə uduzub. Hər 3 topu “Qarabağ”ın qapıçısı Hannes Halldorsson buraxıb. Bununla da təcrübəli qolkiper ilk 2 tur ərzində qapısında 9 top görüb. İslandiya daha əvvəl İsveçrə ilə görüşdə 0:6 hesabı ilə uduzmuşdu. Son dünya çempionatında bürünc medal qazanmış Belçika isə Millətlər Liqasına böyük hesablı qələbə ilə başlayıb.

    Mundialın finalçısı Xorvatiya isə 4-cü qrupun oyununda İspaniyaya 0:6 hesabı ilə məğlub olub. Bununla da Zlatko Daliçin komandası Millətlər Liqasına uğursuz başlayb. Luis Enrikenin baş məşqçi olduğu yığma isə ardıcıl ikinci qələbəni əldə edib. Pireneylilər ilk turda İngiltərəni 2:1 hesabı ilə yenmişdi.

    Xorvatiyalı baş məşqçi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina millisi B Liqasında 3-cü qrupun oyununda Avstriyaya evdə qalib gəlib. Bu, Prosineçkinin komandasının ikinci qələbəsi olub. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi kollektiv ilk turda səfərdə Şimali İrlandiyaya qalib gəlmişdi – 2:1. Avstriya isə hələ ilk matçını keçirib.

    C Liqasında hər 2 oyun 2-ci qrupa təsadüf edib. Finlandiya Estoniyanı 1:0, Macarıstan Yunanıstanı 2:1 hesabı ilə yenib.

    Nəhayət, D Liqasının 2-ci qrupunda Moldova doğma meydanda Belarusla qolsuz heç-heçə edib. San Marino isə Lüksemburqa böyük hesabla uduzub. Belarus ilk turda San Marionu 5:0, Lüksemburq isə Moldovanı 4:0 hesabı ilə darmadağın etmişdi. Beləliklə, Lüksemburq 6 xalla vahid liderdir.

    UEFA Millətlər Liqası, II tur

    A Liqası

    2-ci qrup

    İslandiya – Belçika – 0:3

    Qollar: Eden Azar, 29 (p.). Romelu Lukaku, 31; 81

    Xal durumu: İsveçrə – 3 (1 oyuna), Belçika – 3 (1), İslandiya – 0 (2)

    4-cü qrup

    İspaniya – Xorvatiya – 6:0

    Qollar: Saul Nyiges, 24. Marko Asensio, 33. Lovre Kaliniç, 35 (öz qapısına). Rodriqo, 49. Serxio Ramos, 57. İsko, 70

    Xal durumu: İspaniya – 6 xal (2 oyuna), İngiltərə – 0 (1), Xorvatiya – 0 (1)

    B Liqası

    3-cü qrup

    Bosniya və Herseqovina – Avstriya – 1:0

    Qol: Edin Ceko, 78

    Xal durumu: Bosniya və Herseqovina – 6 xal (2 oyuna), Şimali İrlandiya – 0 (1), Avstriya – 0 (1)

    C Liqası

    2-ci qrup

    Finlandiya – Estoniya – 1:0

    Qol: Teemu Pukki, 12

    Macarıstan – Yunanıstan – 2:1

    Qollar: Roland Şallai, 15. Laslo Klaynhaysler, 43 – Kostas Manolas, 18

    Xal durumu: Finlandiya – 6 xal (2 oyuna), Macarıstan – 3 (2), Yunanıstan – 3 (2), Estoniya – 0 (2)

    D Liqası

    2-ci qrup

    Moldova – Belarus – 0:0

    San Marino – Lüksemburq – 0:3

    Qollar: Maksim Şano, 9. Orelyen Joakim, 45+1. Danel Sinani, 52

    Xal durumu: Lüksemburq – 6 xal (2 oyuna), Belarus – 4 (2), Moldova – 1 (2), San Marino – 0 (2).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR