AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan üzgüçülüləri beynəlxalq yarışa uğurla start veriblər

  • + A
  • - A
  • 28-06-2024, 12:47

    Azərbaycan üzgüçülüləri beynəlxalq yarışa uğurla start veriblər

    Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə yüksək nəticələrə imza atırlar. Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparan üzgüçülərimizdən Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medallar qazanıb. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri İdman ustası Oqtay Hüseynov, İdman Ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.
    "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları 28 iyun-4 iyul tarixlərinədək davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR