AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan avarçəkənləri 5 medal qazandı

  • + A
  • - A
  • 1-07-2024, 15:25

    Azərbaycan avarçəkənləri 5 medal qazandı


    Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib. Sayca 120-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticələr qazanıb. Komandamız 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.

    Böyüklər arasında akademik avarçəkmə üzrə yığma komandamızın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürşülərdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov 3-cü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci yerdə keçib.

    Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşlərdə Azər İlyasov A finalında bürünc medal qazanıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR