AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ziraat Bank Azərbaycan”ın sədri infarkt keçirib? - AÇIQLAMA

  • + A
  • - A
  • 25-10-2018, 14:15

    “Ziraat Bank Azərbaycan”ın sədri infarkt keçirib? - AÇIQLAMA













    İki gün öncə “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demircinin infarkt keçirdiyi (ürək tutması​) bildirilir. Yayılmış məlumata görə, vəziyyəti ağır olan 51 yaşlı Avni Demirci müalicə üçün Türkiyəyə aparılıb.

    “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Üzvü Fərid Əliyev “Marja”ya bildirdi ki, Avni Demirci ötən həftə xaricdə səfərdə olub: “Sədrimiz bu gün səhər Azərbaycana qayıdıb. Mən gün ərzində 3 dəfə onunla danışmışam. İnfarkt barədə deyilənlər yalandır, sadəcə Avni bəy qrip olub. Sabah onun işə çıxacağını gözləyirik”.

    Avni Demircinin yaxın dostlarından biri də “Marja”ya bildirdi ki, infarkt barədə məlumat yalandır: “Avni Demirciyə güclü soyuq dəyib və o qripdir. Hazırda Bakıdakı evindədir və sabahdan işə çıxacaqdır”.

    Avni Demirci bank sektorunda 23 ildən artıq peşəkar iş təcrübəsinə malikdir. 30.12.2014-cü il tarixindən etibarən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra etməkdədir.

    Avni Demircinin tezliklə sağalamasını arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR