85 saniyədə 1 milyard dollarlıq mal satdılar
Çində hər ilin 11 noyabr tarixində keçirilən “Subaylar günü” münasibəti ilə alış-veriş kampaniyası bu dəfə yeni rekordla əlamətdar olub.
Ənənəvi olaraq keçirilən “Singles Day”da Çinin əsas onlayn alış-veriş saytı olan “Alibaba.com” vasitəsi ilə 85 saniyədə 1 milyard dollarlıq mal alınıb. Qeyd edək ki, keçən il 1 milyardlıq hədd 2 dəqiqənin yekununda keçilmişdi.
Məlumata görə, keçən il “Subaylar günü”ndə “Alibaba” vasitəsi ilə 12 saatda 18 milyard dollarlıq hədiyyə alınmışdı. Bu il isə 1 saatın tamamında 10 milyard dollar xərclənib.
Artıq alış-verişin həcminə görə Çindəki “Subaylar günü” ABŞ-dakı məşhur “Black Friday”ı da geridə qoyub. (Publika.az)