AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda 2019-cu ildə neft hasilatı nə qədər olacaq? — ABŞ-dan verilən proqnoz

  • + A
  • - A
  • 12-11-2018, 10:03

    Azərbaycanda 2019-cu ildə neft hasilatı nə qədər olacaq? — ABŞ-dan verilən proqnoz















    Azərbaycanda 2018-ci ildə neft və kondensat hasilatı orta hesabla sutkada 0,80 milyon barel təşkil edəcək.
    Trend məlumatına görə, bu proqnoz ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) enerji bazarı üzrə noyabr icmalında öz əksini tapıb.

    Beləliklə, EIA 2018-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.

    Həmçinin qeyd olunur ki, 2019-cu ildə hasilat sutkada 0,79 milyon barelə çatacaq, halbuki bundan əvvəlki hesabatda bu göstərici 0,78 milyon idi.

    EIA-nın qiymətləndirməsinə görə, Azərbaycanda 2018-ci ilin dördüncü rübündə neft hasilatının həcmi sutkada 0,79 milyon barel təşkil edəcək, oktyabr hesabatında isə bu göstərici 0,78 milyon idi.

    Qurumun proqnozuna görə, ölkəmizdə 2019-cu ilin ilk iki rübündə neft hasilatının həcmi 0,80 milyon barel təşkil edəcək: “Üçüncü rübdə hasilat 0,79 milyon barel səviyyəsində gözlənilir, dördüncü rübdə isə – 0,77 milyon barel səviyyəsində”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR