2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 539 milyon 514 min 500 manat olub.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 3,1 % çoxdur.
Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5 % artaraq 3 277 manat olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.