AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın turizm imkanları Vyanada keçirilən “Ferien-Messe Wien” 2025 sərgisində nümayiş olunur

  • + A
  • - A
  • Bu gün, 16:02

    Azərbaycanın turizm imkanları Vyanada keçirilən “Ferien-Messe Wien” 2025 sərgisində nümayiş olunur


    Azərbaycan Turizm Bürosu Avstriyanın paytaxtı Vyanada keçirilən “Ferien-Messe Wien” sərgisində iştirak edir.

    Sərgidə, həmçinin “Azərbaycan Hava Yolları” QSC və yerli turizm sənayesi nümayəndələri ölkəmizin turizm imkanlarını nümayiş etdirirlər.

    Turizm sənayesi üçün çoxşaxəli platforma olan “Ferien-Messe Wien” sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçirilir.

    Ziyarətçilərə Azərbaycanın turizm məhsulları üzrə təklifləri, o cümlədən İçərişəhər, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkanlar haqqında ətraflı məlumat verilir.

    Milli stenddə virtual reallıq (VR) texnologiyası vasitəsilə Qobustan Qayaları və Xınalıq kəndi kimi məşhur turizm məkanlarını kəşf etmək imkanı təqdim edilir. Eyni zamanda ziyarətçilər Azərbaycanın milli şirniyyatlarının dadına baxa bilirlər.

    Azərbaycan stendini ölkəmizin Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək sərginin gedişatı və nümayiş olunan turizm məhsulları ilə tanış olub.

    Qeyd edək ki, Vyanadan Bakı istiqamətinə birbaşa uçuşların olması Avstriya vətəndaşları üçün Azərbaycana rahat və əlverişli səyahət imkanı yaradır. Ötən ilin yanvar-dekabr dövründə Avstriyadan Azərbaycana səfərlərin sayında 2023-cü illə müqayisədə 10%-lik artım müşahidə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR