Qırğızıstan Makmal-Karakol marşrutu üzrə dəmir yolu çəkməyi planlaşdırır.
Prezident yanında Milli İnvestisiya Agentliyindən verilən məlumata görə, “Trans-Avrasiya Marşrutu” dövlət-özəl sektor tərəfdaşlığı haqqında saziş “layihə sandbox” rejimində imzalanıb. Sənəd Milli İnvestisiya Agentliyi, “Qırğızıstan Dəmir Yolu” Milli Şirkəti” dövlət müəssisəsi və “All American Rail Group Global Infrastructure Partner LLC” konsorsiumu arasında bağlanıb.
Milli İnvestisiya Agentliyinin direktoru Talantbek İmanov qeyd edib ki, bu, Qırğızıstanın dəmir yolu sektorunda ilk PPP layihəsidir.
- İnvestisiyaların ümumi həcmi təxminən 3 milyard dollar təşkil edir ki, bu da yeni iş yerlərinin açılmasına, nəqliyyat şəbəkəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, uzunmüddətli perspektivdə ölkəyə iqtisadi səmərə verəcəkdir, - deyə o bildirib.
Layihənin Qırğızıstanın nəqliyyat sistemi üçün yeni üfüqlər açacağı, qonşu ölkələrlə nəqliyyat əlaqələrini yaxşılaşdıracağı və iqtisadiyyatın beynəlxalq arenada daha rəqabətədavamlı olacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.