Fitch Ratings reytinq agentliyinin hesabatına əsasən Azərbaycan banklarının likvidlik əmsalı MDB+ regionunda ən güclü göstəricilərdən biridir və 73% təşkil edir.
"Bankların likvidlik mövqeləri regionda rahatdır. 2022-ci ildə əhəmiyyətli qeyri-rezident axınından sonra Ermənistan və Gürcüstanda depozit artımı yavaşladı və sektorun kredit-depozit nisbəti 2024-cü ilin sonuna qədər təxminən 100%-ə yüksəldi. Gürcüstan banklarının likvidliyi 2024-cü ilin sonuna qədər sabit qaldı nin hesabatında deyilir.
Sənədə əsasən, son iki ildə Qafqaz regionunda (Ermənistan, Azərbaycan və Gürcüstan) bankların kredit göstəriciləri sürətli iqtisadi artımdan və artan biznes həcmlərindən faydalanmaqda davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.