AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı-Moskva marşrutu üzrə həyata keçirilən Vnukovo və Domodedovo reyslərində gecikmələr var - SƏBƏB

  • + A
  • - A
  • 11-03-2025, 11:28

    Bakı-Moskva marşrutu üzrə həyata keçirilən Vnukovo və Domodedovo  reyslərində gecikmələr var - SƏBƏB

    “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatı

    Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.

    Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.

    Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR