AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan müdafiə sənayesində Çin ilə dialoqa başlayır

  • + A
  • - A
  • 10-04-2025, 23:06

    Azərbaycan müdafiə sənayesində Çin ilə dialoqa başlayır

    Azərbaycan müdafiə sənayesində Çin ilə dialoqa başlayır.
    Bakı bunu perspektiv istiqamət hesab edir, coğrafi tədarükün şaxələndirilməsi və birgə istehsalın aparılması baxımından maraqlı ola bilər.
    "Biz müdafiə sənayesində əməkdaşlığa dair dialoqa başlayırıq və hesab edirik ki, bu, çox perspektivli proses ola bilər. Çünki Azərbaycan silahlı qüvvələrini modernləşdirməyə davam edir. Təbii ki, tədarük coğrafiyasını şaxələndirmək, o cümlədən birgə istehsal etmək bizim üçün maraqlı olacaq".
    O, 2024-cü ildə Bakı və Pekin arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını, bunun ikitərəfli münasibətlərimizdə çox mühüm mərhələ olduğunu vurğuladı, çünki Çin kimi böyük dövlətlə əməkdaşlıqda strateji tərəfdaşlıq formatının mövcudluğu, əlbəttə ki, bizim üçün son dərəcə əhəmiyyətlidir”.
    Prezident İlham Əliyev qeyd edib ki, Çin şirkətləri müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində strateji tərəfdaş kimi dəvət olunur.

    "Onların şirkətləri ekoloji cəhətdən təmiz ictimai nəqliyyat vasitələrinin istehsalı üzrə tərəfdaşlarımız seçilib. İlk istehsal bu il gözlənilir. Bundan başqa, Çin şirkətləri Azərbaycanda digər ölkələrdən olan investorların iştirakı ilə quraşdırılan günəş panellərinin tədarükçüsüdür. Eyni zamanda, biz yaşıl enerjiyə birbaşa investisiyalarla bağlı bəzi Çin şirkətləri ilə danışıqlar mərhələsindəyik", - dövlət başçısı əlavə edib.

    İ.Əliyev əlavə edib ki, Azərbaycan Çinlə birgə istehsal, nəqliyyat, Orta Dəhlizin inkişafı, yükdaşımaların həcminin artırılması sahələrində əməkdaşlıqda maraqlıdır.

    Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan prezidenti bildirib ki, 5-6 il ərzində Orta Dəhliz üzrə yük axınının dəfələrlə artacağını gözləyir.

    Xatırladırıq ki, ötən ilin sentyabrında İlham Əliyev hərbi qüdrətinin artırılmasını Azərbaycanın prioritet vəzifəsi elan etmişdi. Prezident məlumat verdi ki, ölkədəki bütün hərbi zavodlarda genişmiqyaslı modernləşdirmə işləri aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR