Beynəlxalq Bankın baş direktoru da dəyişdi

Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni baş direktor təyin edilib.
Trend xəbər verir ki, daha öncə bu vəzifədə Abbas Nəsibov olub.
Hazırda ABB-də 3 baş direktor var - Vasif Əhmədovdan başqa, Hidayət Sultanov və Fuad İslamov da bu postu tuturlar.
ABB Azərbaycanın maliyyə bazarında 1992-ci ilin yanvarından fəaliyyət göstərir.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
