AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Emin Ağalarov Qazaxıstanda kurort kompleksi tikməyi planlaşdırır

  • + A
  • - A
  • 20-05-2025, 09:22

    Emin Ağalarov Qazaxıstanda kurort kompleksi tikməyi planlaşdırır

    Bakıda Sea Breeze modeli üzrə tikilmiş yeni kurort kompleksi tezliklə Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində tikilə bilər. Bu barədə Ağalarov Development şirkətinin prezidenti Emin Ağalarov bildirib.
    “Agalarov Development” şirkəti Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində Bakıda “Sea Breeze” modeli əsasında tikiləcək müasir kurort kompleksi yaratmağı planlaşdırır – bu, iki ölkə arasında turist axınını artırmağa imkan verəcək”, - şirkətin prezidenti Emin Ağalarov bildirib.

    Sputnik Azərbaycan xəbər verir ki, yeni kompleksin tikiləcəyi dəqiq yer hələ müəyyən edilməyib - Xəzər dənizinin sahilində bir neçə potensial yer, o cümlədən Kəndirli və Tepli-Biç rayonları nəzərdən keçirilir.

    “Bizim vəzifəmiz təkcə qarşılıqlı turist axınını artırmaq deyil, həm də Azərbaycanda uğurlu təcrübə əsasında Qazaxıstanın Xəzər sahilində keyfiyyətli istirahət bazası yaratmaqdır”.

    - Emmin Ağalarov

    Şirkətin mətbuat xidmətindən əlavə ediblər ki, şirkətin məqsədi təkcə turizm infrastrukturunun inkişafı deyil, həm də Azərbaycan və Qazaxıstan arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsidir.

    Kəndirli rayonunda turizm infrastrukturunun yaradılması üçün artıq hazırlıq işləri aparılır, tikinti başa çatdıqdan sonra yeni turizm mərkəzi ildə 300 minə qədər turist qəbul edə biləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR