AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

  • + A
  • - A
  • 27-05-2025, 18:49

    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

    Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası olub. Komitənin sədri Azər Əmiraslanov iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) və 2024-cü ilin büdcəsinin icrası barədə hesabatın müzakirə olunacağını söyləyib. O, bu sənədlərin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini deyib.
    Azər Əmiraslanov məsələ ilə əlaqədar fikirlərini açıqlayaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və müvafiq hesabatın büdcə qanunvericiliyinin tələblərinə uyğun tərtib edildiyini, layihə ilə bağlı Hesablama Palatasının geniş rəyinin təqdim olunduğunu deyib.
    Komitə sədri büdcə parametrlərinin, o cümlədən büdcə gəlirləri, xərcləri və kəsirinin, habelə büdcə qaydasının əhəmiyyətindən danışıb. Ölkə Prezidenti tərəfindən büdcə siyasətinin prinsip və hədəflərinin müəyyən edildiyini vurğulayıb. O, dövlət başçısının büdcənin maksimum dərəcədə icra edilməsi, maliyyə intizamının daha da yüksək səviyyədə olması, şəffaflığın tam şəkildə təmin edilməsi, büdcə xərclərinin strukturuna yenidən baxılması və büdcə vəsaitinin qənaətlə xərclənməsi, bütün cari xərclərimizin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi kimi tövsiyələrini nəzərə çatdırıb. Bu tezislərin konseptual yanaşma olmaqla bərabər, həm də özündə sosial-iqtisadi, o cümlədən büdcə siyasətinin hədəf və prinsiplərini çox aydın şəkildə əks etdirdiyini vurğulayıb.
    https://www.meclis.gov.az/news.php?id=6166&lang=az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR