AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqında Temu və Şeinlə ucuz bağlamalara vergi tətbiq etməyi təklif etdilər

  • + A
  • - A
  • 30-05-2025, 17:03

    Avropa İttifaqında Temu və Şeinlə ucuz bağlamalara vergi tətbiq etməyi təklif etdilər

    Avropa Komissiyası Aİ-dən kənar ölkələrdən dəyəri 150 avrodan aşağı olan bağlamalar üçün 2 avro sabit rüsumun tətbiqi imkanını nəzərdən keçirir. Bu barədə ticarət üzrə Avropa komissarı Maroş Şefçoviç məlumat verib.
    Onun sözlərinə görə, bu tədbir Aİ gömrük xidmətlərinin yükünü azaltmaq, eləcə də idxal olunan malların keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsinə yönəlib. Yenilik, ilk növbədə, dəyəri 150 avrodan çox olmadıqda, Avropa İttifaqının ərazisinə gətirilərkən malları hazırda vergiyə cəlb edilməyən məşhur Çin onlayn platformaları olan Temu və Shein-ə təsir edəcək.

    Qeyd olunur ki, 2 avroluq rüsum yalnız birbaşa istehlakçılara göndərilən bağlamalara şamil olunacaq. Eyni zamanda, Aİ-də paylayıcı anbarlara gətirilən mallara 0,50 avro güzəştli vergi tutulacaq.

    Avropa Komissiyasının məlumatına görə, 2024-cü ildə Avropa İttifaqı ölkələri təxminən 4,6 milyard ucuz bağlama alıb ki, bunun da 90%-dən çoxu Çindən gəlib. Şefçoviçin izah etdiyi kimi, sabit rüsumun tətbiqi məhsulların logistika və sanitar müayinəsi xərclərini kompensasiya etməyə imkan verəcək, həmçinin Aİ-nin daxili bazarının sertifikatsız və potensial təhlükəli məhsullara qarşı qorunmasını gücləndirəcək.

    Eyni zamanda, digər ölkələrdə də oxşar tədbirlər nəzərdə tutulur. Belə ki, Böyük Britaniyada Çin platformalarından gələn bağlamalara vergilərin tətbiqi mümkünlüyü müzakirə olunur. ABŞ-da keçmiş prezident Donald Trampın administrasiyası əvvəllər sintetik narkotiklərin qeyri-qanuni idxalına qarşı mübarizənin zəruriliyini əsas gətirərək, bütün Çin idxalına 120% rüsum tətbiq edib.

    Qazaxıstanda Çinin onlayn ticarət platformalarından 200 avroya qədər olan bağlamalar bu gün gömrük rüsumundan azad edilib. Bununla belə, mövcud rüsumsuz idxal həddinə mümkün yenidən baxılması ilə bağlı artıq müzakirələr gedir.

    Mütəxəssislər qeyd edirlər ki, xarici onlayn mağazaların populyarlığının artması fonunda yerli sahibkarların dəstəklənməsi və daxili bazarda rəqabət şəraitinin tarazlaşdırılması üçün tədbirlər hazırlamaq lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR