AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstanda bəzi tikinti materiallarının idxalına qoyulan qadağa aradan qaldırılıb

  • + A
  • - A
  • 3-06-2025, 22:18

    Qırğızıstanda bəzi tikinti materiallarının idxalına qoyulan qadağa aradan qaldırılıb

    Qırğızıstanda bəzi tikinti materiallarının idxalına qoyulan qadağa aradan qaldırılıb. Ölkə hökuməti bəzi növ tikinti mallarının idxalına tətbiq edilən müvəqqəti qeyri-tarif tədbirini ləğv edib. Qəbul edilmiş qərarla avtonəqliyyat vasitələri ilə Qırğızıstan Respublikası ərazisinə tikinti materiallarının (6809 11 000 0 ТН ВЕД EAEU kodu ilə təsnif edilmiş, yalnız kağız və ya kartonla örtülmüş və ya bərkidilmiş gips bəzəkləri olmayan lövhələr, təbəqələr, panellər, kafellər və analoji məmulatlar) idxalına müvəqqəti qadağa ləğv edilib.

    Tədbir tikinti sənayesində böhranlı vəziyyətin qarşısının alınması, qiymət sabitliyinin təmin edilməsi, tikinti işlərinin vaxtında başa çatdırılması, sektorda investisiya fəallığının təmin edilməsi məqsədi daşıyır.

    Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyinə tapşırılıb ki, Ümumdünya Ticarət Təşkilatına və Avrasiya İqtisadi Komissiyasına, Xarici İşlər Nazirliyinə isə müvəqqəti qadağanın götürülməsi barədə MDB İcraiyyə Komitəsinə məlumat versin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR