İyunun 3-dən AJET İstanbuldan Naxçıvana və Gəncəyə uçuşlara başlayır.
Türkiyənin büdcə daşımalarında ixtisaslaşan AJET aviaşirkəti iyunun 3-dən Naxçıvan və Gəncədən İstanbula uçuşlara başlayacaq.
Uçuşların həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcəyi bildirilir. Azərbaycan şəhərlərindən uçuşlar İstanbulun Sabiha Gökçen hava limanından qəbul ediləcək.
Bildirilir ki, reyslər dairəvi marşrut üzrə həyata keçiriləcək: Sabiha Gökçən – Naxçıvan – Gəncə – Sabiha Gökçən. Aviaşirkət bunu optimallaşdırma və daha çevik variantların yaradılması ehtiyacı ilə izah edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.