AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub

  • + A
  • - A
  • 5-06-2025, 18:55

    Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub

    Çinlə ticarət, sənaye, investisiya, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı dəyərləndirilib.

    İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çin Xalq Siyasi Məşvərət Konfransının Quandonq Əyaləti Komitəsinin sədri Lin Kıçinq ilə görüşüb.
    Görüşdə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, Çinlə iqtisadi-ticarət, həmçinin investisiya əməkdaşlığı güclənir. Ölkəmizdə sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 320-dək Çin şirkəti fəaliyyət göstərir. Çin şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə aktiv iştirak edir. Bununla belə, işbirliyi potensialı genişdir.
    Ölkəmizin əlverişli işgüzar mühiti, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı istiqamətləri haqqında məlumat verilib. Çinlə, o cümlədən, bu ölkənin Quandonq əyaləti ilə müxtəlif istiqamətlər üzrə iqtisadi tərəfdaşlıq üçün geniş potensial diqqətə çatdırılıb.
    Tərəflər ticarət, sənaye, investisiya, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafını müzakirə ediblər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR