AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maliyyə Nazirliyinin tenderi ləğv edildi

  • + A
  • - A
  • Bu gün, 16:09

    Maliyyə Nazirliyinin tenderi ləğv edildi


    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən elan edilmiş “Yanğın balonlarının doldurulması xidmətinin satın alınması” üzrə tender baş tutmayıb.

    Azadmedia.az-ın məlumatına görə, satınalma proseduru “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv olunub. Qanuna görə, satınalmada iştirak üçün tələb olunan bütün şərtləri (təklifin təqdim olunması, təminat sənədləri, müvafiq lisenziya və ya icazə) yerinə yetirən təchizatçıların sayı üçdən az olduqda tender etibarsız sayılır.

    Xatırladaq ki, müsabiqənin ehtimal olunan dəyəri 5.023,85 manat təşkil edirdi. Tender 7 iyul 2025-ci ildə elan olunmuş, təkliflərin təqdim edilmə tarixi isə 29 iyul 2025-ci il idi.

    Bu səbəbdən Maliyyə Nazirliyinin elan etdiyi yanğın balonlarının doldurulması xidməti üzrə satınalma müsabiqəsi iştirakçıların azlığı səbəbindən keçirilməmiş hesab edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR