Nigar Arpadarai: Ağıllı şəhər və kəndlərin sayı artırılmalıdır
Azərbaycanda ağıllı şəhər və kəndlərin sayı artırılmalıdır.
Bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadınların iqtisadiyyatda rolunun 20 faizə yaxın olması pis göstərici olmasa da, bu rəqəmin yüksəldilməsi zəruridir.
N.Arpadarai ötən il Azərbaycanda baş verən təbii fəlakətlər ciddi maddi zərərə səbəb olduğunu vurğulayıb:
"Bu məsələlərdə maliyyə əsas faktordur. Ağıllı şəhərlər təhlükəsiz yaşamağa imkan verir. O baxımdan, ağıllı şəhər və kəndlərin sayı artırılmalıdır. COP29-un nəticələrinə əsasən, 2030-cu ilə qədər ənənəvi enerji resurslarının azaldılması planlaşdırılıb. Azərbaycan bunun üçün kifayət qədər səy göstərir".