AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Çinin daha bir şəhəri ilə hava əlaqəsi yaratmaq istəyir

  • + A
  • - A
  • Bu gün, 10:06

    Azərbaycan Çinin daha bir şəhəri ilə hava əlaqəsi yaratmaq istəyir

    Azərbaycanla Çinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    Onun sözlərinə görə, müzakirələr Çinin Sian şəhərinin meri Ye Niupinqlə görüşdə aparılıb. Görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılmasına qərar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR