Condor Airlines Frankfurt-Tbilisi reysini həyata keçirmək qərarına gəlib. Bu istiqamətdə ilk uçuş gələn ilin yayında baş tutacaq.
Condor Airlines (Almaniya) Frankfurtdan Tbilisiyə birbaşa uçuşlara başlayacaq. Bu barədə Gürcüstan Hava Limanları Assosiasiyasından məlumat verilib.
Bu istiqamətdə ilk uçuş 15 iyun 2026-cı il tarixinə planlaşdırılıb.
Aviaşirkətin təyyarələrinin Frankfurtdan Gürcüstan paytaxtına gündəlik uçuşlar həyata keçirəcəyi gözlənilir.
Bu uçuş üçün biletləri aviaşirkət portalından əldə edə bilərsiniz.
Xatırladırıq ki, Condor Airlines 1955-ci ildə yaradılıb. Uçuşlar Boeing və Airbus təyyarələrində həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.