Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir - FOTO

Bu gün Bakıda IX Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb.
Tədbir “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr olunub və bank sektorunun nağdsız iqtisadiyyata keçid, rəqəmsal transformasiya və yeni maliyyə texnologiyaları üzrə trendlərini müzakirə edir. Forumda hökumət qurumlarının, tənzimləyicilərin, kommersiya banklarının, fintex şirkətlərinin və beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edir.
Panel müzakirələri sektorun dayanıqlığı, innovativ xidmətlər və məlumat ekosisteminin inkişafına fokuslanıb.
Qeyd edək ki, Forum noyabrın 20-də kibertəhlükəsizlik, rəqəmsal fırıldaqçılığın qarşısının alınması, analitikaya əsaslanan kreditləşmə və kapital bazarlarının yeni imkanları mövzuları ilə davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.