AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı–Tbilisi–Bakı sərnişin qatarının bərpası ilə bağlı AÇIQLAMA

  • + A
  • - A
  • Bu gün, 22:43

    Bakı–Tbilisi–Bakı sərnişin qatarının bərpası ilə bağlı AÇIQLAMA

    Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyətinin bərpası istiqamətində müvafiq qurumlar arasında texniki və təşkilati müzakirələr davam edir.
    Verilmiş tapşırığa əsasən, məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada danışıqlar aparılır. Müzakirələr çərçivəsində qatar reyslərinin yenidən təşkili, sərnişin daşımalarının təhlükəsizliyi, texniki hazırlıq və digər təşkilati məsələlər nəzərdən keçirilir.
    Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu regionun ən çox istifadə olunan beynəlxalq dəmir yolu istiqamətlərindən biri hesab olunur və xəttin bərpası həm turizm, həm də sərnişin daşımaları baxımından əhəmiyyətli hesab edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR