SOCAR Avropaya daha çox qaz verməyə hazırdır.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Azərbaycan qaz ixracını artırmağa və Cənub Qaz Dəhlizini genişləndirməyə hazırdır. Onun sözlərinə görə, bunun üçün Avropa tərəfdaşları ilə uzunmüddətli qaz alış müqavilələri bağlanmalı və layihənin genişləndirilməsi maliyyələşdirilməlidir.
Rövşən Nəcəf qeyd edib ki, Azərbaycan qazının ixrac coğrafiyası genişlənib və hazırda qaz Avropa ölkələri, Gürcüstan, Türkiyə ilə yanaşı Suriyaya da çatdırılır. Strateji tərəfdaşlıq çərçivəsində Avropaya qaz tədarükünün 2027-ci ilədək ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. SOCAR rəhbəri vurğulayıb ki, Azərbaycan qazı etibarlı enerji mənbəyi olaraq qalır və xarici tərəfdaşlar əlavə həcmlərin alınmasına böyük maraq göstərirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.