AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ermənistan məhsullarını Azərbaycanın meyvə-tərəvəzi ilə əvəzləməyi planlaşdırır

  • + A
  • - A
  • Dünən, 23:09

    Rusiya Ermənistan məhsullarını Azərbaycanın meyvə-tərəvəzi ilə əvəzləməyi planlaşdırır

    Rusiya Prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Moskva Ermənistandan idxal olunan meyvə-tərəvəz məhsullarını Azərbaycan istehsalı ilə əvəz etməyi planlaşdırır.

    Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsinə gəldikdə, Azərbaycan Rusiyaya Ermənistandan daha çox məhsul tədarük etmək imkanına malikdir.

    B.Titov qeyd edib ki, Rusiya və Azərbaycan kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükündə mühüm tərəfdaşlardır. Belə ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixrac edir, Rusiya isə Azərbaycana taxıl göndərir.

    Rusiya Prezidentinin xüsusi nümayəndəsi iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR