Cümə axşamına keçən gecə, iyunun 4-də keçirilən ticarət əməliyyatları zamanı bitkoinin dəyəri 62 min ABŞ dollarından aşağı enib. Bunu Binance kriptobirjasının məlumatları göstərir.
Ticarət göstəricilərinə əsasən, müəyyən anda kriptovalyuta 61,4 min dollara satılıb ki, bu da fevralın əvvəlindən bəri qeydə alınan ən aşağı səviyyədir.
“Alfa-Forex” şirkətinin müştəri dəstəyi və satış departamentinin rəhbəri Aleksandr Şneyderman bildirib ki, yaxın vaxtlarda bitkoinin qiyməti iki dəfə azalaraq 33 min dollara qədər enə bilər. Onun sözlərinə görə, bunun əsas səbəbi qlobal “risk-off” rejimidir. Bu şəraitdə investorlar riskli aktivlərdən kütləvi şəkildə imtina edirlər.
Bundan əvvəl keçirilən sorğuda iştirak edən Rusiya vətəndaşlarının 58 faizi vaxtında bitkoin almadıqlarına görə peşman olduqlarını bildiriblər. İtirilmiş maliyyə imkanları arasında ikinci yeri dolları 30 rubl məzənnəsi ilə almaq (29 faiz) tutub. Respondentlərin daha 19 faizi isə illik 6,5 faizlə güzəştli ipoteka kreditindən yararlanmaq istədiklərini qeyd ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.