AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya ilə Türkiyə arasında həftəlik aviareyslərin sayı 1000-i keçəcək

  • + A
  • - A
  • Bu gün, 16:18

    Rusiya ilə Türkiyə arasında həftəlik aviareyslərin sayı 1000-i keçəcək



    Rusiyanın Nəqliyyat naziri Andrey Nikitin bildirib ki, 2026-cı ildə Rusiya ilə Türkiyə arasında həftəlik aviareyslərin ümumi sayı 1000-dən çox olacaq. O, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS agentliyinə müsahibəsində danışıb.

    Nazirin sözlərinə görə, planlaşdırılan uçuş həcmlərinin təmin edilməsi üçün Rusiya Nəqliyyat Nazirliyi Türkiyə tərəfi ilə gündəlik danışıqlar aparır. Müzakirələrin əsas mövzusu xarici çarter aviaşirkətlərinin nəqliyyat təhlükəsizliyi ilə bağlı Rusiya tələblərinə əməl etməsidir.

    “Hazırda Türkiyə tərəfi ilə aktiv dialoq aparırıq. Müavinim demək olar ki, hər gün müşavirələr keçirir. Çox vacibdir ki, bu çarter şirkətləri Rusiyanın nəqliyyat təhlükəsizliyi tələblərinə tam əməl etsinlər”, – deyə Nikitin vurğulayıb.

    Bundan əvvəl turizm operatorlarına Air Anka və Tailwind aviaşirkətlərinin sərnişinlərini digər daşıyıcıların reyslərinə yerləşdirmək tapşırılıb. Səbəb həmin şirkətlərin mayın 25-dən sonra Rusiyaya uçuş icazəsi olmadan oktyabrın sonunadək bilet satmaları olub. Bu səbəbdən onların uçuş proqramı iyunun 16-dək Turkish Airlines və Corendon aviaşirkətlərinin reysləri hesabına yerinə yetiriləcək.

    Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, yay mövsümündə Rusiyadan Antalyaya uçuşların sayı təxminən 10 faiz azalıb. Azalma Air Anka və Tailwind şirkətlərinin Rusiyaya uçuş icazəsi ala bilməməsi, həmçinin Azur Air-in uçuş proqramını ixtisar etməsi ilə əlaqədardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR