AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ermənistandan məhsulların idxalını dayandırır

  • + A
  • - A
  • Bu gün, 18:34

    Rusiya Ermənistandan məhsulların idxalını dayandırır


    Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) iyunun 12-dən etibarən Ermənistandan gətirilən bütün karantin nəzarətində olan məhsulların idxalına qadağa tətbiq edəcəyini açıqlayıb.

    Qurumun rəsmi məlumatına görə, məhdudiyyət Ermənistanda istehsal olunan və ya bu ölkədən göndərilən bütün karantin məhsullarına, eləcə də həmin yüklərin Rusiya ərazisindən keçərək Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə tranzit daşınmasına şamil ediləcək.

    Rosselxoznadzor bildirib ki, qadağa tədarük olunan məhsulların təhlükəsizliyini və izlənilə bilməsini təmin edən aydın nəzarət mexanizmi yaradılana qədər qüvvədə qalacaq.

    Qurumun açıqlamasında qeyd olunur ki, son dövrlərdə Ermənistandan idxal edilən məhsullarda mütəmadi olaraq karantin zərərvericiləri aşkarlanır. Bu səbəbdən Rosselxoznadzor ötən aydan başlayaraq mərhələli şəkildə bəzi məhsul növlərinin Rusiyaya gətirilməsini məhdudlaşdırmışdı. Həmçinin yaranan problemlərlə bağlı Ermənistan tərəfinə dəfələrlə məlumat verildiyi vurğulanıb.

    Bununla belə, Rusiya tərəfi vəziyyətin yaxşılaşmadığını bildirir. Məlumata görə, bu ay ərzində Ermənistandan gətirilən qoz, qurudulmuş şaftalı və qurudulmuş pomidor məhsullarında üç dəfə kapra böcəyi aşkarlanıb.

    Rosselxoznadzor hesab edir ki, bu hallar Ermənistanın səlahiyyətli qurumları tərəfindən fitosanitar nəzarətin yetərli səviyyədə həyata keçirilmədiyini göstərir və ölkənin fitosanitar sertifikatlaşdırma sisteminə etimadı azaldır.

    Qurumun fikrincə, Ermənistanın karantin və bitki mühafizəsi xidmətinin fəaliyyətindəki çatışmazlıqlar Rusiyanın və Avrasiya İqtisadi İttifaqı ölkələrinin fitosanitar təhlükəsizliyi üçün risk yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR