AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehdiyevlərin bankı adını dəyişdi

  • + A
  • - A
  • Bu gün, 14:36

    Mehdiyevlərin bankı adını dəyişdi


    “Bank BTB” ASC (VÖEN – 1302164881) adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini elan edib.
    “Yeni Avaz” xəbər verir ki, “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi barədə məlumat bir-neçə ay əvvəl yayılıb.
    Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli Qərarı ilə bankın BOKT-a çevrilməsinə razılıq verilib.
    Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsus olub.
    “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR