AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Banklar dolları ucuzlaşdırdı - SİYAHI

  • + A
  • - A
  • 17-04-2017, 12:01

    Banklar dolları ucuzlaşdırdı - SİYAHI
















    Bu gün dünən ilə müqayisədə bəzi banklar dolların alış və satış qiymətini ucuzlaşdırdığı müşahidə olunur.

    Hazırda ABŞ valyutasının ən sərfəli alış qiyməti 1,6800 manata, satışı isə 1,6850 manata bərabərdir.

    Belə ki, dünən axşam saatları ilə müqayisədə dolları ucuzlaşdıran banklar arasında "Amrahbank”, "Bank Respublika”, "Yapı Kredi Bank Azərbaycan”, "AGBank” və s. var.

    "Amrahbank” dolların alışını 1,6700 manatdan 1,6600 manata, satışını 1,6950 manatdan 1,6850 manatadək ucuzlaşdırıb;

    "Bank Respublika” dolların satış qiymətini 1,7100 manatdan 1,7050 manatadək ucuzlaşdırıb;

    "Yapı Kredi Bank Azərbaycan” dolların alış qiymətini ucuzlaşdırıb: 1,6850 manatdan 1,6750 manatadək;

    "AGBank” dolların satış qiymətini 1,7200 manatdan 1,7150 manatadək ucuzlaşdırıb.

    Buna baxmayaraq, məzənnəni bahalaşdıran banklara da rast gəldik: "Bank Avrasiya” dünən axşam dolları 1,7000 manata satırdısa, bu səhər artıq 1,7100 manata satır.

    "Bank Silk Vey” isə dolların alışını 2,5 qəpik bahalaşdırıb: 1,6550 manatdan 1,6800 manatadək.

    ///Fins.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR