AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

  • + A
  • - A
  • 4-03-2021, 21:46


    “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi vaksinasiya prosesinə qoşulub.

    İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədovun Azadmedia.az-a verdiyi məlumata görə, modul tipli xəstəxanada həyata keçirilən vaksinasiya prosesinə BŞTİ-nin müdiri Mehriban Vəliyeva başda olmaqla yaşı 50 və daha yuxarı olan heyət cəlb olunub.

    Qeyd edək ki, 3 mart 2021-ci il tarixindən təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün də vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Vaksinasiya prosesinə paytaxt üzrə 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

    Onu da qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal iş mühitinin davam etdirilməsini istəyən və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri vaksinasiya prosesində fəal iştirak edirlər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR