AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ-Müasir texnologiyalar, infrastruktur layihələr və iqtisadi imkanların yeni ünvanı

  • + A
  • - A
  • 4-03-2021, 23:13


    26 fevral 2021-ci il tarixdə ölkə Prezidenti İlham Əliyev cənabları yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.Konfransda 35 media mənsubunun suallarını cavablandıran cənab Prezident Qarabağın bərpası, orada icra ediləcək infrastruktur layihər barədə də geniş məlumat vermişdir.
    Fizuli rayonunda tikilən aeroport, Fizulidən Şuşaya çəkilən "Qələbə" yolu və aran ərazidən çəkilən digər yol aeroportdan Şuşaya gediş-gəlişi birbaşa təmin edəcəkdir.İnşa edilən aeroport və yollar bölgənin iqtisadi inkişafını şərtləndirəcək. Fizuli aeroportu beynəlxalq hava limanı olacaq. Hava limanının uçuş-enmə zolağı ən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq ki, bu da ərzilərin bərpası üçün xaricdən alınan yüklərin gətirilməsi və eləcə də əcnəbi vətəndaşların Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq.
    Zəngilan rayonunun çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə alınaraq Laçın və Zəngilanda da aeroportların tikintisi planlaşdırılır.
    Eyni zamanda işğaldan azad olunan ərazilərdə 100-lə km məsafədə dəmir yolları,şəhərlərarası və kəndlərarası avtomobil yollarının çəkilişləri aparılacaqdır.
    Bölgənin elektrik enerjisi, su, qaz və digər kommunikasiyalarla təhcizatı ilə bağlı layihələrin icrasına start verilmişdir.1 milyonadək insanın geri qayıdaraq məskunlaşması üçün yaşayış məntəqələri, məktəblərin, xəstəxanaların,idman komplekslərinin və mədəniyyət ocaqlarının inşaatı işləri aparılacaqdır.Bu işlərin aparılması üçün dost ölkərin şirkətləri üşün də böyük investisiya imkanlarının yarandığını cənab Prezident sualları cavablandırarkən bildirmişdir.
    Bərpa işlərinin sistemli və planlı şəkildə aparılacağını qeyd edən cənab Prezident rayonların baş planın hazırlandığını,pilot "ağıllı kənd" layihəsinin tətbiq edildiyini və 2021-ci ilin sonunadək bu layihənin başa çatacağını və orada 1000-ə yaxın insanın yaçayacağını bildirdi.
    İlham Əliyev cənabları Qarabağın alternativ enerji mənbəyinə çevriləcəyini və bu məqsədlə 2 beynəlxalq şirkətin ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyalarının tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib.Bu layihələrin icrası üçün Kəlbəcər-Laçın rayonunda külək, Zəngilan-Cəbrayıl rayonlarının ərazilədə isə günəş stansiyalarının tikintisi üçün təbii şərait vardır."Yaşıl zona" elan edilən Qarabağ bu işlərin aparılması üçün öz investorlarını gözləyir.
    Yeni hərbi əməliyyatların başlanmasının praktikik olaraq sıfira bərabər olduğunu,Azərbaycan tərəfindən isə heç bir təcavüzkar hərəkətin olmayacağını bildirən cənab Prezident, Azərbaycanın daha cəlbedici investiya ölkəsinə cevrildiyini,icra ediləcək yeni infrastruktur layihələr hesabına Avrasiyanın yeni nəqliyyat damarının açılması üçün zəmin yarandığını və ümumən bu cür layihələrin regionun statusunun dəyişəcəyini vurğulamışdır.
    Rəşad Şükürov,
    Göyçay RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR