AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı fermerlərə yaşıl işıq: - Rusiya pomidorlara qoyduğu qadağanı qismən götürdü

  • + A
  • - A
  • 23-03-2021, 20:20

    "Rosselxoznadzor" Azərbaycanın 8 müəssisəsinə Rusiyaya pomidor göndərməyə icazə verib.

    Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat qurumun saytında yer alır. Qeyd olunur ki, müəssisələr martın 24-dən etibarən ixraca başlaya bilərlər. Qərar birgə videomüşahidə zamanı seçilmiş nümunələrin karantin-fitosanitar ekspertizasının nəticələri əsasında və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.

    Xatırladaq ki, "Rosselxoznadzor" ötən il dekabrın 10-dan Azərbaycandan pomidor və alma idxalını qadağan etmişdi. Buna səbəb isə məhsullarda zərərvericilərin aşkarlanması idi. Bir müddət sonra bir neçə müəssisəyə məhsuil ixrac edilməsinə icazə verilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR