AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DÖVLƏT XİDMƏTİNDƏN “AZƏRİQAZ” İB-YƏ MARAQLI TƏKLİF

  • + A
  • - A
  • 6-04-2021, 16:46

    DÖVLƏT XİDMƏTİNDƏN “AZƏRİQAZ” İB-YƏ MARAQLI TƏKLİF

    “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. İş adamlarının müraciətlərinə vaxtında baxılır və lazımi tədbirlər görülür. Bu günlərdə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Birliyə yeni təklif daxil olub. Belə ki, Dövlət Xidməti sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunmasını tövsiyə edib. Bu günədək bu sənəddə əksini tapan 4.8-ci bənd (istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır) qeyd edilən sənəddən çıxarılacaq. Çünki bu tələb sahibkarın qaz ölçü qurğusu seçərkən yenisini almasını şərtləndirirdi. Lakin bəzi sahibkarlar təmir edilərək yenidən istifadəsi mümkün olan qaz sayğaclarından yararlanmaqla məsrəflərinə qənaət etmək istəyirdilər. Bu kimi müraciətləri nəzərə alan Dövlət Xidməti müvafiq təklifi “Azəriqaz” İB-yə yönəldib və Birlik də belə bir təşəbbüsü müsbət qarşılayıb.
    Ümumiyyətlə, “Azəriqaz” İB İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı yüksək qiymətləndirir. Bu və ya digər formada irəli sürülən təkliflərin ümumi işin daha səmərəli təşkilinə imkan yaradacağına inanır. Hesab edirik ki, bundan sonra da bu cür fəaliyyət davamlı xarakter alacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR