AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AzerGold”un nümayəndə heyəti Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub

  • + A
  • - A
  • 9-04-2021, 16:53


    “AzerGold” QSC İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub.
    Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov agentliyin balansında olan təhsil müəssisəsində yaradılan şərait barədə ətraflı məlumat verib. Nümayəndə heyəti Mərkəzin maddi-texniki bazası ilə tanış olub, həmçinin təhsil müəssisəsinin laboratoriya və emalatxanalarına baxış keçirib. “AzerGold” QSC və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında 2020-2021-ci illər üzrə əməkdaşlığa dair imzalanmış Fəaliyyət Planına uyğun olaraq keçirilən görüşdə mərkəzdə tədris olunan bir sıra texniki təmayüllü ixtisaslar üzrə kadr hazırlığı məsələləri müzakirə olunub. Bununla yanaşı, Peşə Təhsili Mərkəzində təhsil alan şagirdlərin Cəmiyyətin istehsalat sahələrinə tanıtım-təcrübə səfərlərinin təşkil edilməsinə dair razılıq əldə edilib.
    Daha sonra Dövlət Agentliyinin nümayəndə heyəti Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” Filiz Emalı Sahəsinə səfər ediblər.
    Mədəndə istehsalat prosesi və yaradılan iş şəraiti ilə tanış olan qonaqlar istehsalatın bütün mərhələlərini əks etdirən videotəqdimatı izləyib, proseslə əyani şəkildə tanış olublar. Nümayəndə heyətinə emal sahəsində metal tökümü və xəlitələrin hazırlanması nümayiş etdirilib. Qonaqlara qiymətli metalların ixracatı və şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
    Xatırladaq ki, ötən ilin may ayında dağ-mədən sahəsi üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində “AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR