Bu gün saat 10:00-dan başlayaraq Yasamal rayonunun Zərdabi və General Həmidov küçələrindən keçən diametri 400 mm-lik yeraltı qaz xəttinin mövcud qaz şəbəkəsinə qoşulması üçün işlər görülür. "Azəriqaz" İB-dən Azadmedia.az-a verilən məlumata görə kəmərin mənbəyə birləşdirilməsi zamanı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2-ci Alatava, Şərifzadə, V.Əliyev, X.Mustafayev, D.Bünyadzadə, R.Tağıyev, Ü.Ələkbərov, İ.Zülalov, X.Dadaşov və Xiyabani küçələrində qazın verilişində fasilə yarana bilər. Qeyd edək ki, işlərin qısa zamanda başa çatdırılması planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.