AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan qazlaşma işlərinə dair Azərbaycan təcrübəsini öyrənir

  • + A
  • - A
  • 28-05-2021, 19:13


    Qazaxıstan qazlaşma işlərinə dair Azərbaycan təcrübəsini öyrənir
    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin “Qazaxıstan mənzil-kommunal təsərrüfatının inkişafı və modernizasiyası mərkəzi” Səhmdar Cəmiyyətinin sədr müavini Kulov Ruslanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Qazaxıstan qazlaşma işlərinə dair Azərbaycan təcrübəsini öyrənir

    Bu barədə Azadmedia.az-a “Azəriqaz”dan məlumat verilib.

    Bildirilib ki, görüşdə nümayəndə heyəti “Azəriqaz” İB-nin fəaliyyəti və tətbiq etdiyi müasir innovasiyalarla maraqlanıb.

    Onlar ölkəmizdə əhali abonentləri üçün tətbiq edilən aşağı tarifli güzəştli limit həddi, əhali istehlakçılarında məişət qaz sayğaclarının quraşdırılması və əvəzlənməsi, istehlak olunmuş qazın dəyərinin ödənilməsi, qazın nəqli və satışı barədə ölkəmizdə mövcud qanunvericiliyin tələbləri ilə bağlı suallar da ünvanlayıblar. Bundan başqa əvvəlcədən ödənişli sayğacların iş funksiyası ilə bağlı məlumatlar əldə ediblər. Baş direktor R.Əliyev qonaqları maraqlandıran bütün sualları cavablandırıb və onlara tətbiq olunan müasir texnologiyalar barədə informasiya verib.

    Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR