AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ay ərzində ən çox nəyə pul xərcləyirik? - Sorğu nəticələri

  • + A
  • - A
  • 1-06-2021, 15:00

    Ay ərzində ən çox nəyə pul xərcləyirik? - Sorğu nəticələri

    Bir ildən çoxdur davam edən pandemiya şəraitini nəzərə alaraq, Media Təhlil Mərkəzi tərəfindən 17-21 may tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.

    “Qafqazinfo”nun məlumatına görə, sorğunun nəticələrindən məlum olub ki, respondentlərin 33,6%-nin aylıq gəliri 200-500 AZN aralığındadır.

    Aylıq qazancı 500-700 AZN olanlar iştirakçıların 13,4%-ni təşkil edir. Cavab verənlərin 8,6%-i ayda 700-1000, 15,6%-i 1000 AZN-dən çox qazandığını, 28,8%-i isə gəlirinin olmadığını bildirib.

    Sorğuda iştirak edən kişilərin 28, qadınların isə 41 faizinin aylıq gəliri 200-500 AZN-dir.

    Respondentlər sorğuda iştirak etməklə aylıq xərclərini də açıqlayıblar. Belə ki, cavab verənlərin 64%-i ay ərzində 200-500 AZN, 14,4%-i 500-700 AZN, 9,7%-i isə 700-1000 AZN xərclədiyini söyləyib. Ay ərzində 1000 AZN-dən çox vəsait xərcləyənlər iştirakçıların 11,9%-ni təşkil edib.

    Sorğuda iştirak edən kişilərin 59, qadınların 71 faizi ay ərzində 200-500 AZN xərcədiklərini qeyd ediblər.

    Təqdim edilən sualla respondentlərin ay ərzində ən çox nəyə pul xərclədiyini müəyyənləşdirmək olub. Bir neçə cavab variantını seçmək imkanı olan iştirakçıların fikirləri aşağıdakı kimidir:

    Ərzaq məhsulları – 82,3%;

    Kommunal xidmətlər – 47,6%;

    Nəqliyyat – 46,9%;

    Geyim və ayaqqabı – 35,3%;

    Təhsil – 26,5%;

    Tibbi xidmətlər və dərman – 25,6%;

    Kafe və restoran – 22,9%;

    Parfüm və kosmetik vasitələr – 8,2%;

    İçki və tütün məhsulu – 7,4%;

    Məişət texnikası – 4,2%;

    Turizm və səyahət – 3,3%.

    Respondentlərin 60,3%-i yalnız zəruri ehtiyaclarına pul xərcləməklə aylıq gəlirlərinə qənaət etdiyini vurğulayıb. Cavab verənlərin 9,8%-i aylıq qazancının müəyyən hissəsini xərclədiyini qeyd edib.

    Pul yığdığı üçün qənaət edənlər sorğu iştirakçılarının 12,2%-ni, qənaət etməyənlər isə 17,7%-ni təşkil edib.

    Respondentlərin 21,7%-i aylıq xərclərinin qeydiyyatını apardığını, 48,5%-i yadında saxladığını, 29,8%-i isə ümumiyyətlə xərclərini hesablamadığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR