Kapital Bank-ın Visa kart sahibləri artıq “Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha sərfəli şərtlərlə yararlana biləcəklər. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən keçirilən bu kampaniyanın əsas məqsədi daxili turizmin inkişafına töhfə vermək, pandemiya dövründə yerli turizm sənayesinə dəstək göstərməkdir.
Şərtlərə görə, 31 dekabr 2021-ci il tarixinədək Kapital Bank-ın Visa kart sahibləri https://macerayaxindadir.az/ saytında olan təkliflər üçün etdikləri istənilən ödənişlərdə 20% keşbek əldə edə biləcəklər. Kampaniya ərzində hər bir Visa kart sahibi maksimum 200 AZN keşbek əldə edə bilər.
Qazanılan keşbeklər təqvim ayı bitdikdən 21 iş günü sonra müştərinin kart hesabına mədaxil olunur və bu barədə SMS məlumatlandırma təqdim olunur. 10 fevral 2021-ci il tarixindən başlayaraq qeyd olunan saytdakı təkliflər üçün edilən bütün ödənişlər bu kampaniyada iştirak edir.
Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.