AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərimanov rayonunda Arif Hacıyev küçəsi təmir olunur

  • + A
  • - A
  • 17-06-2021, 17:23


    Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrini əhatə edən təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10.5 km olan 15-dən artıq küçə və yolun təmiri aparılır.
    İnvestisiya Proqramına uyğun rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri Arif Hacıyev küçəsi idi ki, artıq agentlik tərəfindən müvafiq işlər icra olunur.
    Uzunluğu 500 metr təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Küçə boyu aparılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib.
    Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
    Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq rayon üzrə İnvestisiya Proqramına əsasən təmiri nəzərdə tutulan digər ərazilərdə də təmir işləri aparılacaq.
    Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
    Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR