AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlar üçün işgüzar nahar təşkil edilib

  • + A
  • - A
  • 29-06-2021, 23:44


    BMT Baş Assambleyasının müvafiq qətnaməsinə uyğun olaraq 27 iyun dünyada mikro, kiçik və orta sahibkarlar günü kimi qeyd edilir. Bununla bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün işgüzar nahar təşkil olunub.
    İş adamlarının, biznes assosiasiyaların rəhbərlərinin və iqtisadiyyat sahəsində çalışan KİV nümayəndələrinin iştirak etdiyi işgüzar naharda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lar üçün dəstək mexanizmləri və xidmətlər, KOB sahəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Vurğulanıb ki, iqtisadiyyatın hərəkətverici qüvvəsi olan KOB-larla daha sıx təmasda olmaq üçün belə formatda görüşlərin mütəmadi olaraq və ayrı-ayrı sektorlar üzrə təşkil edilməsi nəzərdə tutulur.
    İşgüzar nahar zamanı biznes mühitinə və KOB sektoruna dair Agentliyin rəhbər heyəti, iş adamları və KİV-lər arasında üçtərəfli formatda fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR