AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təbii qazın qiymətinin artırılması ölkə əhalisinin 65-70 faizinə təsir edəcək

  • + A
  • - A
  • 30-06-2021, 19:51

    Təbii qazın qiymətinin artırılması ölkə əhalisinin 65-70 faizinə təsir edəcək

    “Təbii qazın qiymətinin artırılması ölkə əhalisinin 65-70 faizinə təsir edəcək “.
    Azadmedia.az xəbər verir ki, bunu İqtisadçı Natiq Cəfərli Tarif Şurasının SOCAR-ın müraciəti əsasında iyunun 30-da verdiyi qərara münasibət bildirərkən deyib.
    Onun sözlərinə görə, bu qərarla qazın əhali üçün güzəştli limiti 2200 kub metrdən 1200 kub metrə endirilib:
    “Bugünkü qərara qədər biz 2200 kub metr qaza görə 10 qəpik ödəyirdik. İndi isə 1200 kub metrə qədər 10 qəpik ödəniləcək, 1200-ü keçən kimi qiymət avtomatik iki dəfə artacaq və 20 qəpik təşkil edəcək”.
    O, deyir ki, 2020-ci ildə abonentlərin 21 faizi 2200 kub metr həddini keçmişdi :
    “İndi bu hədd 1200-ə salınandan sonra, limiti keçən əhali sayının kifayət qədər böyük həcmdə olacağını söyləmək mümkündür. Bu, hər 3 ailədən ikisinə təsir göstərəcək qiymət artımıdır. Bu isə insanların kommunal xərclərinə daha çox pul ödəməyə və gəlirlərinin azalmasına gətirib çıxaracaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR