Məlum olduğu kimi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 22 iyun 2021-ci il tarixindən qüvəyə minib. Dəyişikliklərin tətbiqi ilə əlaqədar dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul 100-ə yaxın nümayəndəsinin iştirakı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən onlayn görüş təşkil edilib.
Görüşdə “Dövlət satınalmaları haqqında” Qanuna edilən dəyişikliklərin sahibkarların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılmasına, onlar arasında sağlam rəqabətin artmasına, dövlət vəsaitindən səmərəli və qənaətli istifadə edilməsinə daha geniş imkanlar yaratdığı vurğulanıb. Tədbir iştirakçılarına məlumat verilib ki, Qanuna edilmiş dəyişikliklər kotirovka sorğusu və təkliflər sorğusu metodlarının təşkili üzrə müddətlərin konkret müəyyən edilməsi, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun, həmçinin tender təkliflərinin açılması və qiymətləndirilməsi müddətinin dəqiqləşdirilməsi, tender təklifinin kənarlaşdırılmasına dair əsaslandırılmış qərarın malgöndərənə (podratçıya) göndərilməsi, müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildirişin göndərilməsi müddətləri, kotirovka sorğusu metodunun, texniki şərtlərin və icazələrin elektronlaşması, müqavilənin yerinə yetirilməsi təminatının şərtləri, satınalmalarda iştirak haqlarının məbləğlərinin azaldılması məsələlərini əhatə edir. Bundan başqa, dəyişikliklərə əsasən, satınalan təşkilatlar tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq müddətin və satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulduğundan, iştirakçılara qanunvericiliyin tələblərinə tam riayət edilməsi tövsiyyə edilib.
Görüşdə həmçinin, iştirakçılar ilə dəyişikliklərdən sonra dövlət sаtınаlmа prosedurlarının elektronlaşdırılması və sağlam rəqаbətin təmin оlunmаsı istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.