İngiltərə və ABŞ mərkəzli 2 şirkət Azərbaycandakı filiallarını ləğv edir.
Bunlar “Buro Happold Consulting Engineers Limited” və “Magseis FF LLC” şirkətləridir.
“Buro Happold Consulting Engineers Limited” və “Magseis FF LLC” şirkətinin Azərbaycan filiallarının ləğvi ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, Port Baku, Cənub qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Buro Happold Consulting Engineers Limited” şirkətinin Azərbaycandakı filialı 2014-cü ildə yaradılıb və qanuni təmsilçisi Gareth William Freeman Kirkwood-dur. “Magseis FF LLC” şirkətinin Azərbaycan filialı isə 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Thomas Elias Scouliios-dur. Hər iki şirkət Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov, ev 1, məhəllə 523, m. 23 ünvanında qeydiyyatdadır.
“Buro Happold Consulting Engineers Limited” İngiltərə mərkəzli memarlıq və mühəndislik şirkəti, “Magseis FF LLC” isə ABŞ mərkəzli mədənçilik və neft-qaz çıxarma şirkətidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.