AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlara “Startap” şəhadətnaməsi verilib

  • + A
  • - A
  • 17-08-2021, 15:01


    Daha 3 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bunlar "Kibrit.Tech" MMC-nin çağrı mərkəzlərinin işinin təşkili və idarə edilməsi üçün “Orangeline” proqram tətbiqi, “Profam” MMC-nin sığorta xidmətlərini vahid ünvandan təqdim edən “www.insure.az” layihəsi və "Unibroad" MMC-nin eyni adlı xaricdə təhsil almaq istəyənlər üçün onlayn platformasıdır.
    Sözügedən KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.
    Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. İndiyədək KOBİA tərəfindən 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesihttps://smb.gov.az/az/nav/startap-sehadetnamesi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR